Bakı. Trend:
Əcnəbilərin Rusiya Federasiyasında qalmasına nəzarət
gücləndirilir.
Trend rus KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Rusiyanın daxili işlər naziri
Vladimir Kolokoltsev bildirib.
Onun sözlərinə görə, Rusiya DİN miqrasiya islahatı
hazırlayır.
“Xarici vətəndaşların Rusiya Federasiyasında qalmasına nəzarəti
gücləndirəcək. Miqrasiya islahatı apararkən ksenofobiyanın
artmasına yol vermək olmaz.
Rusiyada əcnəbilər tərəfindən törədilən cinayətlər ümumi
cinayətlərin 4%-ni təşkil edir”, – deyə nazir əlavə edib.





























