Bakı. Trend:
Gürcüstanın paytaxtı Tbilisidə “xarici agentlər” haqqında qanuna
qarşı keçirilən aksiyada 13 nəfər saxlanılıb.
Trend gürcü KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər
Nazirliyi məlumat yayıb.
Məlumata görə, onlar polisin qanuni tələbinə məhəl qoymama və
xırda xuliqanlığa görə saxlanılıblar.
DİN aksiya zamanı yol verilən bütün qanunsuz halların
araşdırılacağını bəyan edib.
Qeyd edək ki, qanunun qəbul edilməsindən sonra polislə
etirazçılar arasında gərginlik yaşanıb.





























