Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri zamanı ölkənin
lideri Si Cinpin ilə danışıqlarının əsas mövzularından biri enerji
sektorunda yeni təşəbbüslər olacaq.
Trend xəbər verir ki, bu
barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov brifinqdə
məlumat verib.
“İkitərəfli əməkdaşlığın əsas hərəkətverici qüvvəsi
energetikadır. Liderlərin danışıqlarında enerji sahəsində yeni
təşəbbüslər də müzakirə olunacaq”, – deyə Uşakov qeyd edib.
Qeyd edək ki, Vladimir Putin mayın 16-17-də Çin Xalq
Respublikasında dövlət səfərində olacaq.
Xatırladaq ki, bu, Rusiya Prezidenti Vladimir Putinin andiçmə
mərasimindən sonra ilk xarici səfəri olacaq.





























