Bakı. Trend:
Gürcüstanda demokratiya pozulacağı təqdirdə ABŞ Gürcüstan
rəhbərliyinə qarşı şəxsi sanksiyalar tətbiq edəcək.
Trend-in
məlumatına görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya
məsələləri üzrə köməkçisi Ceyms O’Brayen Tbilisidə mətbuat
konfransında deyib.
“Əgər [xarici agentlər haqqında] qanun Avropa İttifaqı normaları
ilə əlaqələndirilmədən irəliləsə və demokratiyaya zərbə vurularsa,
eləcə də dinc nümayişçilərə qarşı zorakılıq olarsa, ABŞ-dan
məhdudiyyətlər gələcək. Məsul şəxslər və onların ailələri üçün
maliyyə və səyahət məhdudiyyətləri olacaq”, – deyə o bildirib.





























