Advertisement

Gürcüstan prezidenti “xarici agentlər” haqqında qanuna veto qoyacaq

Bakı. Trend:

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə parlamentinin
əvvəllər qəbul etdiyi “xarici agentlər” haqqında qanuna veto
qoyacağını bildirib.

Trend-in
məlumatına görə, bu barədə S.Zurabişvili “CNN” televiziya kanalına
bildirib.

Qeyd edək ki, Gürcüstan parlamenti “Xarici agentlər haqqında”
qanunu üçüncü oxunuşda qəbul edib. Qanunla gəlirlərinin 20
faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi
şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını
nəzərdə tutulur.