Bakı. Trend:
Fransanın şimalında Er departamentində məhbusu daşıyan furqona
hücum edilib.
Trend-in
məlumatına görə, bu barədə “Le Figaro” nəşri xəbər verib.
Məlumata əsasən, məhbus Ruan şəhərindən gətirilib.
Hücum edənlər Audi və BMW markalı avtomobillərdə olublar. Onlar
məhbusun aparılmasında iştirak edən iki həbsxana əməkdaşını
güllələyiblər, daha üç nəfər ağır yaralanıb.
Hücumdan sonra məhbus qaçıb.





























