Advertisement

Baydenin milli təhlükəsizlik üzrə müşaviri Səudiyyə Ərəbistanı və İsrailə gedir

Bakı. Trend:

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk
Sullivan bu həftə sonu Səudiyyə Ərəbistanı və İsrailə səfər
edəcək.

Trend-in
məlumatına görə, bu barədə “Axios” portalı məlumat yayıb.

Səfər zamanı danışıqlarda Rəfah şəhəri ətrafındakı vəziyyət və
Yaxın Şərqdə normallaşma perspektivləri müzakirə olunacaq. Milli
təhlükəsizlik üzrə müşavirin Səudiyyə Ərəbistanının Vəliəhd
şahzadəsi Məhəmməd bin Salman Əl Səud və İsrailin Baş naziri
Benyamin Netanyahu tərəfindən qəbul ediləcəyi də gözlənilir.