Bakı. Trend:
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İsrailə dəyəri 1
milyard dollardan çox olan yeni silahların verilməsi təklifi
üzərində işləyir.
Trend-in
məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat
yayıb.
Məlumata görə, buna 700 milyon dollarlıq tank sursatları, 500
milyon dollarlıq taktiki maşınlar və 60 milyon dollarlıq minaatan
mərmiləri daxildir.
Nəşrin qeyd etdiyi kimi, silah tədarükünü davam etdirmək qərarı
Baydenin İsrail hakimiyyəti ilə fikir ayrılıqlarını dərinləşdirmək
istəmədiyini vurğulayır.





























