Advertisement

Bayden İsrailə silah satışı ilə bağlı qanun layihəsinə veto qoyacaq

Bakı. Trend:

ABŞ Konqresi İsrailə silah tədarükünün dayandırılmasını qadağan
edən qanun layihəsini qəbul edərsə, ABŞ prezidenti Co Bayden ona
veto qoymaq niyyətindədir.

Trend-in
məlumatına görə, bu barədə “The Hill” qəzeti Ağ Evə istinadən
bildirib.

“Bayden Nümayəndələr Palatasında ona İsrailə silah göndərməsi
üçün təzyiq göstərmək üçün Respublikaçıları hazırladığı qanun
layihəsinə veto qoyacaq, sənəd administrasiyanın İsrailə
münasibətini qəsdən təhrif etmək üçün yanlış istiqamətləndirilmiş
cavab adlandırılıb”, – deyə qəzet qeyd edib.

Respublikaçılar qanun layihəsini C.Baydenin İsrail ordusunun
Qəzza zolağının Rəfah səhərində əməliyyata başlayacağı təqdirdə
İsrailə bəzi hücum silahları verməkdən imtina edəcəyi barədə
xəbərdarlıq etdikdən sonra təqdim ediblər.

Qanun layihəsi israilliləri dərhal müdafiə vasitələri ilə təmin
etməyə çağırır, C.Baydenin təchizatı dayandırmaq qərarını pisləyir
və İsrailin özünümüdafiə hüququnu təsdiqləyir.