Advertisement

İstanbulda “Mısır çarşısı” yanır – Trend.Az

Bakı. Trend:

İstanbulun ən qədim qapalı alış-veriş mərkəzlərindən biri olan
“Mısır çarşısı”nda yanğın baş verib.

Trend xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürən
briqada cəlb edilib.

İlkin məlumata görə, yanğın bazarın restoran qismində başlayaraq
dam hissəsinə yayılıb.

Hazırda yanğının söndürülməsi işləri davam edir.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Qeyd edək ki, İstanbulun tarixi Eminönü səmtində yerləşən “Mısır
çarşısı”nın hazırkı binası 1660-cı ildə inşa edilib. Müxtəlif
ədviyyat növləri, çərəzlər, köhnə ənənəyə uyğun təbii dərmanların
satıldığı bu bazar həm də nadir bitki kökləri və qabıqları kimi
məhsullarla məşhurdur.