Bakı. Trend:
Türkiyədə “Mahzen-46” kod adı altında həyata keçirilən əməliyyat
nəticəsində üç mütəşəkkil cinayətkar qruplaşma
zərsizləşdirilib.
Trend xəbər verir ki, bu barədə məlumatı daxili işlər naziri Ali
Yerlikaya açıqlayıb.
Nazir bildirib ki, mərkəzi Bursa olmaqla Türkiyənin 13
vilayətində keçirilən əməliyyat nəticəsində bu üç qruplaşmanın 112
üzvü saxlanılıb, çox sayda silah-sursat və narkotik maddə ələ
keçirilib.
Saxlanılan şəxslərin silahlı təşkilat yaratmaq, narkotik
vasitələrin qanunsuz dövriyyəsi, insan qaçaqçılığı kimi bir çox
ağır cinayətlər törətdiyi müəyyən edilib.





























