Advertisement

Yanvar-aprel aylarında Türkiyənin Çinə avtomobil sənayesi məhsulları ixracı artıb

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Çinə avtomobil
sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,2
faiz artaraq, 18,1 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə Çinə 3 milyon dollar məbləğində
avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin aprel
ayı ilə müqayisədə 46,7 faiz azdır” – deyə nazirlikdən
bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin
avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə 5,1 faiz artaraq 11,9 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 2,7 milyard dollar məbləğində
avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin aprel
ayı ilə müqayisədə 2,1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023- aprel 2024)
Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesi
məhsulları ixrac edib.