Bakı. Trend:
NATO Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı
haqqında” qanun layihəsini qəbul etməsi fonunda ölkə hökumətinə
çağırış edib.
Trend xəbər
verir ki, bununla bağlı NATO-nun mətbuat katibi Fərəh Daxlallah “X”
platformasında paylaşım edib.
Gürcüstanı siyasi kursunu dəyişməyə çağıran NATO-nun mətbuat
katibi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin səhv
addım olduğunu bildirib.
“Gürcüstan hökumətinin “Xarici təsirin şəffaflığı haqqında”
qanunu qəbul etmək qərarı səhv addım olmaqla, ölkəni Avropadan və
Avro-Atlantik məkana inteqrasiyadan uzaqlaşdırır. Gürcüstanı
kursunu dəyişməyə və dinc etiraz hüququna hörmət etməyə çağırırıq”,
– NATO nümayəndəsi paylaşımında yazıb.





























