Bakı. Trend:
Türkiyənin paytaxtı Ankarada “Ayhan Bora Kaplan” istintaqı
çərçivəsində daha 4 nəfər saxlanılıb.
Trend bu barədə türk
KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, cinayət təşkilatı ilə bağlı iddialarda adı keçən
3 polis rəisi və Ankara Polis İdarəsinin 1 komissarı həbs
olunub.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk
millətçilərinin lideri Dövlət Baxçalının dövlət çevrilişinə cəhd
ehtimalı ilə bağlı bəyanatından sonra Türkiyə xüsusi xidmət
orqanlarının rəhbərliyi ilə təcili görüş keçirib.





























