
Bakı. Trend:
Alabamanın Baş prokuroru Stiv Marşall şənbə günü ofisində
partlayıcı qurğunun işə düşdüyünü deyib.
Bu barədə Trend
“TASS”a istinadən xəbər verir.
“Fevralın 24-ü səhər saatlarında ofisin yerləşdiyi binada
partlayıcı qurğu işə salınıb, xoşbəxtlikdən heç bir işçi xəsarət
almayıb”, – Marşalın açıqlamasında bildirib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya
başlayıb.





























