Bakı. Trend:
2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Qırğızıstana
sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 89,1
faiz azalaraq, 1,3 milyon dollara bərabər olub.
Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə Qırğızıstana 559 min dollar
məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin aprel
ayı ilə müqayisədə 91,8 faiz azdır”, – deyə nazirlikdən
bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin
dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı
ilə müqayisədə 7,9 faiz azalaraq, 1,4 milyard dollara bərabər
olub.
“Bu ilin aprel ayında Türkiyə 339,2 milyon dollar məbləğində
sement ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 9,2
faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023 – aprel 2024)
Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac
edib.





























