Bakı. Trend:
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Hakurk
bölgəsində həyata keçirilən əməliyyatla baza bölgələrinə hücuma
hazırlaşan 2 PKK/KCK terrorçusunu zərərsizləşdirib.
Trend xəbər
verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, “Tufan Koçer” kod adlı Ahmet Bayar və “Mervan
Zerevan” kod adlı Əhməd İbrahim Əl Əhməd Türkiyə Silahlı
Qüvvələrinin baza bölgəsinə sızmaq üçün təlimat alıblar.
Qeyd olunub ki, “Tufan Koçer” kod adlı terrorçu Ahmet Bayar
2012-ci ildə PKK terror təşkilatına qoşulub, keçmişdə Suriyada
fəaliyyət göstərib və təşkilatın yüksək rütbəli şəxslərini mühafizə
edib. “Mervan Zerevan” kod adlı suriyalı terrorçu Əhməd İbrahim Əl
Əhmədin isə 2014-cü ildə Qəndil bölgəsində sui-qəsd təlimi aldığı
müəyyən edilib.





























