Bakı. Trend:
Slovakiya baş naziri Robert Fitsoya sui-qəsd təşkil edən Yuray
Çintula radikal qruplaşmanın üzvü deyil.
Trend xəbər
verir ki, bu barədə Slovakiyanın daxili işlər naziri Matuş
Şutay-Eşt açıqlama verib.
Onun sözlərinə görə, Çintula Slovakiya hakimiyyətinə qarşı
etirazlarda iştirak edib, lakin təkbaşına hərəkət edib.
Xatırladaq ki, dünən Slovakiya Nazirlər Kabinetinin iclasından
sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda ona bir neçə dəfə
atəş açılıb. Yaralanan baş nazir xəstəxanaya yerləşdirilib və
əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi açıqlanıb.
Qeyd edək ki, bu gün Slovakiyanın ətraf mühitin mühafizəsi
nazirinin müavini Filipp Kuffa sosial şəbəkə hesabında baş nazir
Robert Fitsonun vəziyyətinin stabil olduğunu açıqlayıb.
Robert Fitsoya sui-qəsd edən şəxs saxlanılıb. Onun 71 yaşlı
yazıçı Yuray Çintula olduğu müəyyən edilib.





























