Advertisement

Erməni KİV ölkə nazirinin təqaüdçü anasının tikdirdiyi malikanədən yazıb

Bakı. Trend:

Erməni KİV ölkənin ərazi idarəetmə və infrastruktur naziri Qnel
Sanosyanın anası, təqaüddə olan 67 yaşlı Olqa Sanosyanın İrəvanda
tikdirdiyi malikanədən yazıb.

Trend xəbər
verir ki, bu barədə erməni “Telegram” kanalları məlumat yayıb.

Məlumata görə, İrəvanda lüks məhəllədə tikilməkdə olan
malikanənin dəyəri 230 min ABŞ dolları olaraq dəyərləndirilir.

Qeyd olunub ki, Olqa Sanosyan 1000 kvadrat metrlik torpaq
sahəsini 2023-cü ilin mart ayında satın alıb. Sövdələşmənin dəyəri
49 min dollar olaraq qiymətləndirilib.

Daşınmaz əmlak üzrə agentlərin sözlərinə görə, torpaq sahəsi
bazar dəyərinin yarı qiymətinə satın alınıb, belə ki, sözügedən
ərazidə 1 kvadrat metr torpaq sahəsinin qiyməti ötən il və bu il
100 dollar olaraq qiymətləndirilir.

Qeyd edək ki, Qnel Sanosyan həm də Ermənistanın hakim “Vətəndaş
müqaviləsi” partiyasının təsisçi üzvüdür.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun