Advertisement

Yeni Kaledoniya deputatları Makronla videokonfrans keçirməkdən imtina edib

Bakı. Trend:

Yeni Kaledoniya deputatları Fransa prezidenti Emmanuel Makronla
videokonfrans keçirməkdən imtina ediblər.

Trend xəbər
verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Fransa prezidentinin ofisindən vəziyyətin mürəkkəb olduğunu
bildiriblər. Makronun bu məsələni “birbaşa seçilmiş vəzifəli
şəxslərlə” ayrıca müzakirə edəcəyi qeyd olunub.

Qeyd edək ki, Yeni Kaledoniyada iğtişaşlar nəticəsində ən azı
dörd nəfər ölüb, 200-dən çox adam yaralanıb. Fransa hakimiyyəti
Yeni Kaledoniyada ən azı 12 gün müddətinə fövqəladə vəziyyət elan
edib.

Məlumata görə, iğtişaşlara Parisdə Yeni Kaledoniyada 10 il
yaşayan Fransa sakinlərinə əyalət seçkilərində səsvermə hüququ
verən qanun layihəsinin qəbul edilməsi səbəb olub. Yerli liderlərin
fikrincə, bu yerli əhali olan kanakların səslərinin gücünü
azaldacaq.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun