Advertisement

Bu ölkə Ukraynaya yeni hərbi yardım göndərəcək

Bakı. Trend:

Danimarka Ukraynaya 750 milyon avro dəyərində yeni hərbi yardım
göndərəcək.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər
Nazirliyi məlumat yayıb.

“Mən Ukraynanın hava hücumundan müdafiəsini və artilleriyasını
gücləndirmək üçün 750 milyon avro dəyərində yeni hərbi dəstək
paketini elan etməkdən məmnunam. Danimarka Ukraynanın müdafiə
sənayesinə investisiya yatırmaq imkanlarını da nəzərdən keçirir”, –
nazir əlavə edib.

Qeyd edək ki, Danimarka hakimiyyəti bu il Ukraynaya hərbi
yardımı 630,5 milyon dollar artırmaq niyyətində olduğunu bəyan
etmişdi.

2023-cü ildən 2028-ci ilə qədər Danimarkanın Ukraynaya yardımı
təxminən 9,3 milyard dollar təşkil edəcək.