Advertisement

Türkiyənin 22 vilayətində əməliyyat: terrorçularla əməkdaşlıqda şübhəli bilinən 239 şəxs ələ keçib

Bakı. Trend:

Türkiyənin 22 əyalətində “Bozdoğan-39” adlı antiterror
əməliyyatı keçirilib.

Trend xəbər verir ki, bu
barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial
şəbəkə hesabında yazıb.

Məlumata görə, Türkiyənin Təhlükəsizlik Baş İdarəsi Terrora
qarşı Mücadilə Şöbəsi və Kəşfiyyat İdarəsinin və digər aidiyyəti
qurumların keçirdikləri antiterror əməliyyatı nəticəsində 239
şübhəli saxlanılıb.

Saxlanılanlar separatçı terror təşkilatlarına daxil olanların
qanunsuz olaraq Türkiyəyə keçməsinə vasitəçilik etməklə yanaşı,
terror təşkilatlarının gənclər strukturunda fəaliyyət göstərməkdə
və müxtəlif cinayətlərdə ittiham olunurlar.