Advertisement

Nigeriyada məsciddə partlayış olub, 11 nəfər ölüb

Bakı. Trend:

Nigeriyanın Kano əyalətində məsciddə partlayış olub.

Trend-in
məlumatına görə, bu barədə “BBC” telekanalı xəbər verib.

Məlumata əsasən, partlayış Gezava bölgəsində sübh namazı vaxtı
baş verib.

Hadisə nəticəsində 11 nəfər ölüb, 17-si isə yaralanıb.
Yaralıların bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir,
ölənlərin sayının artacağı istisna edilmir.

Hadisənin başvermə səbəbi araşdırılır.