Bakı. Trend:
TikTok istifadəçilərin 60 dəqiqəlik video yükləmə qabiliyyətini
sınaqdan keçirir.
Trend-in
məlumatına görə, bu barədə “TechCrunch” portalı məlumat yayıb.
Platformanın sahibi olan “ByteDance” şirkəti izah edib ki, indi
uzun videoları fraqmentlərə bölmək lazımdır. Bu da bəzi müəlliflər
üçün o qədər də əlverişli deyil. Vaxt məhdudiyyətinin artırılması
TikTok-da yeni məzmun növünün – televiziya şoularının tam
epizodlarının yerləşdirilməsinə də imkan verə bilər.
Şirkət yeniliyin istifadəçilərə nə vaxt təqdim ediləcəyi ilə
bağlı açıqlama verməyib.





























