Bakı. Trend:
2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Çinə hazır geyim
məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz
azalaraq, 17,6 milyon dollara çatıb.
Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə Çinə 4 milyon dollar məbləğində
hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı
ilə müqayisədə 2,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin
hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə
13,8 faiz azalaraq, 5,8 milyard dollara bərabər olub.
Bu ilin aprel ayında Türkiyə 1,2 milyon dollar məbləğində hazır
geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə
müqayisədə 17,8 faiz azdır
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023 -aprel 2024)
Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac
edib.





























