Advertisement

Robert Fitso yenidən əməliyyat olundu

Bakı. Trend:

Slovakiyanın baş naziri Robert Fitso bu gün yenidən əməliyyat
olunub, lakin onun vəziyyəti ağır olaraq qalır.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə Slovakiyanın baş nazirinin
müavini və müdafiə naziri Robert Kalinyak bildirib.

Kalinyak qeyd edib ki, həkimlərin baş nazirin sağalmağa doğru
başladığını dəqiq söyləmək üçün bir neçə gün vaxt lazımdır.

Xatırladaq ki, mayın 15-də R.Fitsoya qarşı sui-qəsd törədilib.
Baş nazirin Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula
tərəfindən güllələndiyi məlum olub.

O, hadisəni niyə törətməsi haqda açıqlama verib və hökumətin
siyasəti ilə razı olmadığından bu addımı atdığını qeyd edib.