Advertisement

Tayvanda parlament üzvləri arasında dava düşdü

Bakı. Trend:

Tayvanda islahat müzakirələri Qanunvericilik Assambleyasında
davaya səbəb olub.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, müxalifət üzvləri Demokratik Tərəqqi Partiyasının
(DPP) üzvlərindən cəld hərəkət edərək tribunaya keçiblər.

Parlament üzvləri arasında mübahisə yaşansa da, iclas öz adi
axarında saat 08.30-da başlayıb, saat 10.30-da müzakirə olunan
məsələ ilə bağlı birbaşa səsvermə başlayandan sonra tərəflər
arasında dava düşüb.

Səsvermə zamanı kürsüyə çıxmaq istəyən tərəflər bir-birini
itələyiblər.