Advertisement

Robert Fitsoya qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxs məhkəmə qarşısına çıxarılacaq

Bakı. Trend:

Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdində
şübhəli bilinən şəxs mayın 18-də məhkəmə qarşısına çıxarılacaq.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə ölkə məhkəməsinin mətbuat
katibi məlumat yayıb.

Bildirilir ki, prokurorluq sui-qəsd cəhdində şübhəli bilinən
şəxsin həbs edilməsi barədə vəsatət qaldırıb.

Xatırladaq ki, mayın 15-də R.Fitsoya qarşı sui-qəsd törədilib.
Baş nazirin Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula
tərəfindən güllələndiyi məlum olub.

O, hadisəni niyə törətməsi haqda açıqlama verib və hökumətin
siyasəti ilə razı olmadığından bu addımı atdığını qeyd edib.