Advertisement

Sankt-Peterburqda hərbi akademiyada partlayış baş verib

Bakı. Trend:

Rusiyanın Sankt-Peterburq şəhərində S.M.Budyonnıy adına Hərbi
Rabitə Akademiyasının təsərrüfat ərazisində partlayış baş
verib.

Trend xəbər verir ki, bu barədə Leninqrad Hərbi Dairəsinin
mətbuat xidmətindən bildirilib.

“Hadisə akademiyanın zirzəmilərdən birinin təmizlənməsi zamanı
baş verib. Partlayış nəticəsində yeddi hərbçi yaralanıb. Hadisəyə
səbəb İkinci Dünya Müharibəsi dövründən qalmış 76 mm-lik döyüş
sursatının partlaması olub”, – deyə məlumatda bildirilir.