Advertisement

Yeni Zelandiyada güclü zəlzələ baş verib

Bakı. Trend:

Yeni Zelandiyanın Kermadek arxipelaqında 5,8 maqnitudalı zəlzələ
baş verib.

Trend xəbər verir ki, zəlzələnin episentri təxminən 954 min
əhalisi olan Hoks Bey şəhərindən 1,3 km şimalda, ocağı 203 km
dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.