Advertisement

Yeni Kaledoniyada vəziyyət ağırlaşıb – Trend.Az

Bakı. Trend:

Yeni Kaledoniyada etirazlar səngisə də, həyat daha da
ağırlaşıb.

Trend xəbər verir ki, bu barədə “Boursorama” saytı məlumat
yayıb.

Bildirilir ki, ötən gecə Numeaya əlavə min nəfər silahlı qüvvə
göndərilib. Rəsmi qurumlar gün ərzində əlavə qüvvələrin də
gələcəyini bildiriblər.

Ticarət şəbəkələri və səhiyyə müəssisələrinin fəaliyyətində
ciddi çətinliklər yaranıb. Numeada fəaliyyət göstərən bir neçə
mağazanın qarşısında uzun növbələr yaranıb. Yeni Kaledoniya Ticarət
Palatasının sədri David Qyen bildirib ki, anbarların və ticarət
mərkəzlərinin 90%-i işləmir.

Numea xəstəxanasının nümayəndəsi deyib ki, ötən gün dünyasını
dəyişən 4 nəfərdən üçünün ölüm səbəbi tibbi yardımın əlçatan
olmamasıdır.

Fransanın ədliyyə naziri Erik Düpon-Moretti “iğtişaş törədənlərə
qarşı maksimum dərəcədə ciddi olmaq” barədə tapşırıq verib. Nazir
saxlanılan şəxslərin mühakimə olunmaq üçün metropoliyaya (Fransanın
Avropadakı ərazisi – red.) gətiriləcəyini bildirib.