Advertisement

Yaponiyada on nəfər qar uçqunu altında qalıb

Bakı. Trend:

Yaponiyanın Naqano prefekturası ərazisindəki dağlarda 10-a yaxın
insan qar uçqununun altında qalıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Otari kəndi
yaxınlığında baş verib.

Bildirilib ki, zərərçəkənlərdən bəziləri qarın altından çıxmağa
müvəffəq olub, lakin bir neçə nəfərin taleyindən hələ də xəbər
yoxdur.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
Əməliyyata helikopterin də cəlb olunduğu bildirilir.