Advertisement

Qəzzada atəşkəs danışıqları dayandırılıb – KİV

Bakı. Trend:

İsrail hökuməti və HƏMAS arasında atəşkəs danışıqları
dayandırılıb.

Trend xəbər
verir ki, bu barədə İsrailin “Kan” dövlət teleradio şirkəti məlumat
yayıb.

Bildirilib ki, münaqişə tərəfləri girovların azad edilməsinin
şərtləri ilə bağlı razılığa gələ bilmədiyindən danışıqlar
dayandırılıb.

Qeyd olunub ki, tərəflər arasında xüsusən “müharibənin sonu”
termini ilə bağlı, eləcə də, HƏMAS-ın azad olunmasını tələb edə
biləcəyi şəxslərin adlarına İsrailin veto qoymaq tələbi ilə bağlı
fikir ayrılıqları çox böyükdür.

Qeyd edək ki, ötən ilin noyabr ayının sonunda da Misir və
Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında humanitar atəşkəs
barədə razılıq əldə olundu. Bir həftə davam edən atəşkəs müddətində
İsrail 110 girovu azad etməyə nail oldu. Dekabrın 1-də atəşkəs
rejimi yenidən pozuldu və döyüş əməliyyatları bugünədək davam
edir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun