
Bakı. Trend:
NATO strateqləri demək olar ki, bütün Ukraynanın Rusiyanın
nəzarətinə keçməsini istəyir.
Trend xəbər
verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini
Dmitri Medvedyev özünün “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, NATO hökuməti məhz bu səbəbdən Ukraynanı
getdikcə daha çox uzaqməsafəli silahlarla təmin edir.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken bu yaxınlarda
NATO-nun Rusiyaya qarşı heç bir mənfi niyyətinin olmadığını
açıqlayıb.
“Daha əvvəl də qeyd etdiyim kimi, NATO müdafiə təşkilatıdır.
Onun Rusiyaya qarşı heç vaxt mənfi niyyəti olmayıb və olmayacaq”, –
Blinken deyib.





























