
Bakı. Trend:
Əfqanıstanda atışma nəticəsində azı 3 İspaniya vətəndaşı ölüb,
bir nəfər xəsarət alıb.
Trend-in
xəbərinə görə, bu barədə İspaniyanın Xarici İşlər Nazirliyindəki
mənbələr “TASS” agentliyinə məlumat verib.
Radikal Taliban hərəkatının formalaşdırdığı Əfqanıstan
hökumətindəki Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əbdül
Mətin Qani daha əvvəl qeyd edib ki, mərkəzi Bamiyan əyalətində dörd
nəfərin ölümü ilə nəticələnən silahlı hücumun təşkilində şübhəli
bilinən dörd nəfər saxlanılıb, bunlardan üçü əcnəbidir.
Qani hücum nəticəsində 4-ü əcnəbi olmaqla 7 nəfərin
yaralandığını bildirib.





























