Advertisement

Fransa Yeni Kaledoniyada hərbi vəziyyət elan edib

Bakı. Trend:

Yeni Kaledoniyada baş verən kütləvi aksiyalardan sonra Fransa
Ali Şurası toplaşaraq adada hərbi vəziyyət elan edib.

Trend xəbər verir ki, adaya çox sayda hərbçi, polis, jandarma
qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları göndərilib.

Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə
də, sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin
adaya girişi məhdudlaşdırılıb.

Qeyd edək ki, Fransanın koloniyası olan Yeni Kaledoniyada bir
neçə gün əvvəl sosial vəziyyətin ağırlığına, işsizlik və
ayrı-seçkiliyə qarşı etiraz aksiyaları keçirilib. Etirazçılarla
polis arasında baş verın qarşıdurmada iki polis əməkdaşı və üç
aksiya iştirakçısı həlak olub.

Yeni Kaledoniya Fransadan 16 min kilometr aralıda Sakit Okeanda
Avstraliya qitəsinin yaxınlığında yerləşir və bu uzun məsafəyə
baxmayaraq Fransa adanı koloniyasına çevirib istismar edir ki, bu
da yerli əhali tərəfindən etirazla qarşılanır.