Bakı. Trend:
ABŞ və İran bu həftə Omanda Yaxın Şərqdə təhlükəsizlik məsələsi
ilə bağlı “dolayı danışıqlar” aparıb.
Trend xəbər
verir ki, bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat
yayıb.
Məlumata görə, danışıqlarda ABŞ tərəfindən Ağ Evin Milli
Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə
koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi
vəzifəsini icra edən Abram Peyli iştirak edib. Məsləhətləşmələrdə
İran tərəfindən kimin iştirak etdiyi açıqlanmayıb.
Qeyd olunub ki, danışıqlarda İranın və onun proksi qüvvələrinin
regionda fəaliyyətinin mümkün nəticələri, eləcə də ABŞ-nin Tehranın
nüvə proqramı ilə bağlı narahatlığı müzakirə olunub.
Portal bu məsləhətləşmələrin ilk dəfə bu ilin yanvar ayında
Omanda analoji danışıqlar aparılanda keçirildiyini bildirib. Qeyd
olunub ki, ABŞ və İranın dolayı danışıqları aprelin 13-də Tehran
İsrail ərazisinə raket pilotsuz uçuş aparatları (PUA) ilə zərbə
endirməsinin üzərindən 1 aydan çox keçdikdən sonra baş tutub.





























