
Bakı. Trend:
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Silahlı Qüvvələrinin
iki yüksək rütbəli zabitinin həbsinə order verib.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə məhkəmənin press-relizində qeyd
olunub.
Məlumata görə, onlar Rusiyanın uzaqmənzilli aviasiyasının
komandiri Sergey Kobılaş və Qara dəniz donanmasının komandiri
Viktor Sokolovdur.





























