Bakı. Trend:
Pakistanın şərqindəki Pəncab əyalətində mikroavtobusun dərəyə
aşması nəticəsində azı 13 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Trend xəbər verir ki, yerli polis orqanlarının məlumatına görə,
həlak olanlar arasında qadınlar və uşaqlar da var.
Avtobus sürücüsünün sürət həddini aşması səbəbindən idarəetməni
itirdiyi bildirilir.
Hadisə yerinə gələn xilasetmə qrupları və könüllülər yaralıları
yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Onlardan ikisinin vəziyyəti
ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.





























