Advertisement

ABŞ hərbçiləri birgə təlimlərdə iştirak etmək üçün Moldovaya gəlib

Bakı. Trend:

Birgə hərbi təlimlərdə iştirak etmək üçün ABŞ-nin texnikası və
şəxsi heyəti Moldovanın paytaxtı Kişinyova gəlib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ-nin Moldovadakı Səfirliyi
bildirib.

“Şimali Karolina Milli Hava Qvardiyasının “Boeing C-17”
təyyarəsi bu səhər “Peace Shield” adlı təliminə dəstək olaraq
Kişinyov hava limanına gəlib. Şimali Karolina Qvardiyasının və
ABŞ-nin Avropadakı Hərbi Hava Qüvvələrinin 35 hərbi qulluqçusu
Moldova Respublikasının nazirlikləri ilə əməkdaşlıq edərək
fövqəladə hallar zamanı Moldova vətəndaşlarının təhlükəsizliyini
təmin etmək üçün zəruri cavab taktikalarını tətbiq edəcək”, – deyə
qeyd olunub.

Məlumata görə, təyyarə Amerika yardımı çərçivəsində Moldova
Müdafiə Nazirliyinə veriləcək tibbi ləvazimatları çatdırıb.