Advertisement

Nazir İsrail Nazirlər Kabinetini Qəzzanın gələcəyi ilə bağlı plan qəbul etməyə çağırıb

Bakı. Trend:

İsrail hərbi kabinetinin üzvü, nazir Benni Qantz həmkarlarını
iyunun 8-dək Qəzza zolağında hədəflərə çatmaq üçün fəaliyyət
planını təsdiqləməyə çağırıb, əks halda hökuməti tərk etməklə
hədələyib.

Trend-in
məlumatına görə, bu barədə “The Times of Israel” nəşri xəbər
verib.

Məlumata əsasən, B.Qantz koalisiyanın qəbul etməli olduğu altı
strateji hədəfi təqdim edib, əks halda onun partiyası hökuməti tərk
edəcək.

B.Qantzın sözlərinə görə, hədəflərə Qəzzada saxlanılan
girovların qaytarılması, HƏMAS hakimiyyətinin devrilməsi, Qəzza
zolağının demilitarizasiyası, Qəzzanın təhlükəsizliyinə nəzarət,
Qəzzanın idarə olunması üçün beynəlxalq mülki mexanizmin
yaradılması, Amerika, Avropa, Ərəb və Fələstin nümayəndələrinin,
habelə anklavın şimalının sakinlərinin sentyabrın 1-dək öz evlərinə
qayıtması daxildir.