Advertisement

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün əlavə 3,8 milyard avro istəyib

Bakı. Trend:

Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım göstərmək üçün
hökumətdən əlavə 3,8 milyard avro istəyib.

Trend-in
məlumatına görə, bu barədə “Bild am Sonntag” qəzeti mənbələrə
istinadən yazır.

Nəşrin məlumatına görə, Almaniya Müdafiə Nazirliyi bu maliyyə
ilində Ukraynaya yardım üçün əlavə 3,8 milyard avroya ehtiyac
olduğunu bildirib. Qəzet qeyd edir ki, Almaniya hökumətinin bu il
Kiyevə hərbi dəstək üçün ayırdığı 7,1 milyard avrodan demək olar
ki, hər şey paylanıb, yeni silah və ya sursatların alınmasına isə
cəmi 300 milyon vəsait qalıb.

Almaniyanın müdafiə departamentinin rəhbəri Boris Pistorius
mayın 15-də kansler Olaf Şolz, mayın 16-da isə maliyyə naziri
Kristian Lindnerlə görüşüb. Əlavə vəsait tələbi iyun ayında təsdiq
üçün parlamentə təqdim edilməlidir.