Advertisement

İran prezidentini aparan helikopter məcburi eniş edib – İranın daxili işlər naziri

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisini “Xudafərin” hidroqovşağının
istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışından
sonra Xudafərindən Təbrizə aparan helikopter çətin eniş etməyə
məcbur olub.

Trend-in məlumatına görə, bunu İranın daxili işlər naziri Əhməd
Vəhidi deyib.

Onun sözlərinə görə, hazırda xilasedicilər hadisə yerinə getməyə
çalışırlar. Hava şəraitinə görə, bu istiqamətdə çətinlik
yaşanır.

İranlı nazir bildirib ki, İran prezidentini aparan helikopterlə
əlaqə saxlanılıb. Lakin daha dəqiq məlumat əldə etmək üçün
xilasedicilərin hadisə yerinə çatması gözlənilir.