Bakı. Trend:
İran prezidenti İbrahim Rəisinin sağ olması haqda hələlik
məlumat yoxdur.
Trend-in məlumatına görə, bunu İran parlamentinin deputatı
Məhəmməd Rza Mirtacədddini deyib.
Onun sözlərinə görə, qəzaya uğrayan helikopter hələlik
tapılmayıb.
İranlı parlamentari bildirib ki, helikopterdə olan İranın Ali
Lideri Əli Xameneinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali
Haşimlə telefonla əlaqə saxlamaq mümkün olmayıb. Mobil telefon
əhatə dairəsi xaricindədir.
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər
naziri Hüseyn Əmir Abdullahian İranın Ali Liderinin Təbriz üzrə
nümayəndəsi Məhəmməd Əli Ali Haşimi Xudafərindən Təbrizə aparan
helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik xilasedicilər
hadisə yerinə çata bilməyiblər.





























