
Bakı. Trend:
Bu gün İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə
aparan helikopterin sərt eniş etdiyi ərazi Ərəsbaran
meşəliyindədir.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, Ərəsbaran meşəliyi Şərqi Azərbaycan vilayətində
Kəleybər, Siyərud və Əhər rayonları arasında yerləşir.
Hadisənin baş verdiyi ərazi keçilməz ərazidir. Bu məsələ axtarış
əməliyyat qüvvələrinin əraziyə getmələrinə çətinlik yaradıb.
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər
naziri Hüseyn Əmir Abdullahian İranın Ali Liderinin Təbriz üzrə
nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin
valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin
sərt eniş etdiyi bildirilir. Hələlik xilasedicilər hadisə yerinə
çata bilməyiblər.





























