Bakı. Trend:
İranın vitse-prezidenti Möhsün Mənsuri İran prezidentini aparan
helikopterin sərt eniş etməsi ilə əlaqədar hadisəni yaxından
izləmək üçün bir qrup hökumət rəsmisi ilə Təbrizə səfər edib.
Trend xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Bəhadori
Cəhromi özünün “X” şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin bugünkü iclası təşkil
olundu. Bəzi məsələlər haqda qərar verildi. Eyni zamanda hadisə
haqda məlumatlar verildi.
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər
naziri Hüseyn Əmir Abdullahian İranın Ali Liderinin Təbriz üzrə
nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin
valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin
sərt eniş etdiyi bildirilir. Hələlik xilasedicilər hadisə yerinə
çata bilməyiblər.





























