Bakı. Trend:
İran prezidenti İbrahim Rəisini aparan helikopterin tapılması
üçün silahlı qüvvələrin bütün imkanlarından istifadə olunur.
Trend-in məlumatına görə, bunu İranın Silahlı Qüvvələri Baş
Qərargahının rəisi general-leytenan Məhəmməd Hüseyn Baqeri
deyib.
Onun sözlərinə görə, hadisə haqda məlumat olunduğu vaxtdan İran
ordusu. İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH), hüquq-mühafizə
orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunublar.
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər
naziri Hüseyn Əmir Abdullahian İranın Ali Liderinin Təbriz üzrə
nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin
valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin
sərt eniş etdiyi bildirilir. Hələlik xilasedicilər hadisə yerinə
çata bilməyiblər.





























