Advertisement

İran prezidentini aparan helikopterdən əlaqə saxlayan Təbrizin cümə imamı olub

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan
helikopterin sərt enişindən sonra mobil telefonla əlaqə saxlayan
şəxs İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi və Təbizin cümə
imamı Məhəmməd Əli Ali Haşim olub.

Trend-in
məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini Mehdi
Səfəri deyib.

Onun sözlərinə görə, Təbrizin cümə imamı iki dəfə əlaqə saxlayıb
və vəziyyətinin ağır olduğunu elan edib. O həmçinin uzaqdan təcili
yardım maşınının səsini eşitdiyini deyib.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər
naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə
nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin
valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin
sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə
əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.