Bakı. Trend:
İranda qəzaya uğrayan helikopterin axtarış-xilasetmə işlərinə
“Akıncı” tipli PUA və gecəgörmə qabiliyyətinə malik “Cougar” tipli
helikopter cəlb edilib
Trend-in
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz “X”
səhifəsində bildirib.
Nazirlikdən bildirilib ki, İran hakimiyyətinin Türkiyə Xarici
İşlər Nazirliyi vasitəsilə etdiyi müraciət əsasında İran
prezidentinin və onun nümayəndə heyətinin qəzaya uğrayan
helikopterinin axtarış-xilasetmə işlərində iştirak etmək üçün
“Akıncı” tipli PUA və gecəgörmə qabiliyyətinə malik “Cougar” tipli
helikopter cəlb edilib.
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər
naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə
nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin
valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin
sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə
əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.





























