Bakı. Trend:
Nigeriya Silahlı Qüvvələri silahlıların girov saxladığı 380-dən
çox insanı azad edib.
Trend-in
məlumatına görə, bu barədə Silahlı Qüvvələrin rəsmi nümayəndəsi,
briqada generalı Əlhəsən Haruna məlumat verib.
“Nigeriya ordusu Sambisa meşəsində əksəriyyəti qadın və uşaq
olan 386 mülki vətəndaşı xilas etdi. Onlardan bəziləri 10 ildən çox
idi əsirlikdəydi”, – deyə o qeyd edib.
Nigeriyanın şimal-şərqində, Konduqa kəndi yaxınlığındakı Sambisa
meşəsi terrorçuların qalalarından biridir.
Haruna bildirib ki, ordu bölgəni yaraqlılardan təmizləmək üçün
əməliyyat keçirir.





























